25 sentyabr 2014, 16:30

Nazim Zeynalov və başqalarından, Quba, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin respublikada həyata keçirdiyiniz uğurlu sosial siyasətin müsbət nəticələrini aztəminatlı ailələr də hiss edir və bundan faydalanırlar. Biz bu qayğını həm maddi, həm də mənəvi dəstək kimi qəbul edirik.

Xüsusilə qeyd etmək istəyirik ki, fiziki qüsurlu şəxslərə əlillik dərəcələrinin düzgün təyin edilməsi və müavinətlərin ödənilməsi, onların lazımi avadanlıqla təchiz olunması istiqamətində işlər də uğurla icra olunur.

Möhtərəm Prezident!

Biz çox şadıq ki, Siz əhalinin qayğısına qalır, onların sosial problemlərinin həlli üçün çalışırsınız. Allah Sizi həmişə uca etsin!

Hörmətlə,

Zeynalov Nazim Hacıbaba oğlu
Orucəliyev Abdulla İsgəndər oğlu
Adıgözəlov Rövşən Güloğlan oğlu
Kərimov Kazım Məmməd oğlu və başqaları (cəmi 10 imza).

Azərbaycan Respublikası, Quba rayonu Məcgə-Xaca kəndi.