|
24 dekabr 2010, 17:02
İlham Əliyev ilk ceyran sürüsünün buraxılması prosesini izləmişdir
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin yaxınlığında Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləmişlər. Dövlət başçısı ceyranların keçmiş və indiki məskunlaşma arealları, miqrasiya dəhlizləri haqqında məlumatlarla tanış oldu. Bildirildi ki, ceyranların mühafizəsinin reintroduksiyası və tarixi areallarının yenidən bərpası layihəsinə əsasən Qobustan-Cəngiçay ərazisi ilə yanaşı, Şirvan Milli Parkında da müvafiq işlər görülür. 65 min hektardan artıq əraziyə malik parkda 9 min başa qədər ceyran saxlanılır. Bu da Avropa məkanında ən böyük ceyran populyasiyasıdır. Beyləqan rayonunda 18 min hektar ərazisi olan Ağgöl Milli Parkında da ceyranların reintroduksiyası uğurla davam etdirilir. Goranboy rayonundakı Korçay Dövlət Təbiət Qoruğunda 300 ceyran, Qax rayonundakı Acınohur və Sarıca düzlərində isə 3 ceyran sürüsü məskunlaşdırılmışdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ceyranı Qobustan-Cəngiçay ərazisinə buraxdılar. Dövlət başçısı layihənin icrası zamanı istifadə edilən müxtəlif avadanlıq və digər vasitələrlə tanış oldu. Qeyd edildi ki, ceyranların təhlükəsizliyinin təmin olunması məqsədilə köçürülmə areallarına yaxın yerlərdə yerləşən qəsəbə və kəndlərin əhalisi arasında maarifləndirmə işləri də aparılır. Yol kənarlarında, arealların yaxınlığında xüsusi informasiya lövhələri qoyulur. Lövhələrdə ceyran ovunun qadağan edilməsi barədə məlumatlar verilir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.