İlham Əliyev Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gəlib

29 sentyabr 2014, 11:15
İlham Əliyev Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gəlib

Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak etmək üçün Rusiyanın Həştərxan şəhərinə işgüzar səfərə gəlib.

Həştərxan şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.