30 sentyabr 2014, 13:40

B.Abdulov və başqalarından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Rayonumuz gündən-günə abadlaşır, sosial obyektlər tikilir, yeni yollar çəkilir, ucqar dağ kəndlərimiz qazlaşdırılır, yeni iş yerləri yaradılır, əhalinin məşğulluğu təmin edilir və güzəranı yaxşılaşdırılır. İndi nəinki kəndləri rayonla birləşdirən, hətta kəndarası yollara da asfalt örtüyü salınmışdır. Mərkəzi Rayon Xəstəxanasında hamımız çoxdan arzuladığımız əsaslı təmir işləri aparılıb və xəstəxana müasir avadanlıqla təchiz edilib. Yeni məktəb binaları tikilib, əvvəlkilər isə əsaslı şəkildə yenidən qurulub.

Xüsusilə vurğulamaq istəyirəm ki, məmur – vətəndaş münasibətlərinin yaxşılaşması və nöqsanların aradan qaldırılması ilə əlaqədar görülən tədbirlər öz müsbət nəticələrini verir. Sizin tapşırığınız əsasında dövlət qurumlarının rəhbərlərinin regionlara səfər edərək vətəndaşlarla görüşməsi, onların problemləri ilə birbaşa maraqlanması bizi narahat edən bəzi məsələlərin ətraflı araşdırılmasına və həllinə şərait yaradır.

Möhtərəm Prezident! Bütün bunlar Sizin müdrik siyasətiniz, düşünülmüş addımlarınız və qətiyyətli mövqeyiniz sayəsində baş verir. Nə yaxşı ki, Siz varsınız, cənab Prezident! Allah Sizi qorusun!

Hörmətlə,

B.Abdulov,
Ə.Şıxıyev,
İ.Mahmudov,
T.Abdulov və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Xankəndi kəndi.