Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış “Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size Plus Minus

24 may 2010, 18:18

1. 2010-cu il aprelin 13-də Buxarest şəhərində imzalanmış “Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rumıniya və Gürcüstan tərəflərini xəbərdar etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2010-cu il.

 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi