İlham Əliyev BMT-nin İnkişaf Proqramının rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

01 oktyabr 2014, 16:30
İlham Əliyev BMT-nin İnkişaf Proqramının rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğuladı.

Xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edən Prezident İlham Əliyev Forumda maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edən BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark tədbirin gündəliyinin geniş sahələri əhatə etməsinin əhəmiyyətini vurğuladı. Xanım Helen Elizabet Klark təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi.

gallery-photogallery-photogallery-photo