03 oktyabr 2014, 19:40

Ədalət Məmmədov və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm Prezident! 

Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan çiçəklənən diyara, qüdrətli dövlətə çevrilib. Həm Azərbaycan, həm də dünyanın bir sıra ölkələri üçün böyük əhəmiyyət kəsb edən beynəlxalq layihələr Sizin sayəsində uğurla həyata keçirilir. 

Bu məqsədyönlü fəaliyyətin müsbət nəticələri İsmayıllı rayonunun və bizim Talıstan kəndinin simasında da öz əksini tapır. Görülən abadlıq-quruculuq işləri, artezian quyularının qazılması və su təchizatının yaxşılaşdırılması, kənd yollarının təmiri və bərpası, Xalça sexinin açılması, Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri və müasir avadanlıqla təchiz edilməsi, Velosiped İstehsalı Zavodunun tikintisi, habelə digər işlər buna misal ola bilər. 

Hörmətli cənab Prezident! Azərbaycanın tərəqqisi naminə gördüyünüz bütün işlərdə Sizə uğurlar diləyir, siyasətinizi alqışlayır və dəstəkləyirik.

Dərin hörmət və ehtiramla,

Məmmədov Ədalət
Nağıyev Ramazan.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Talıstan kəndi.