Gerb

04 oktyabr 2014, 18:00

Çox hörmətli cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu Sizin tərəfinizdən uğurla davam etdirilir və Azərbaycan mütərəqqi inkişaf yolu ilə inamla irəliləyir. Respublikamızın hər bir vətəndaşı bu inkişafdan bəhrələnir, insanlar firavan həyata qovuşur.

Şəhər və rayon mərkəzləri ilə yanaşı, qəsəbə və kəndlər də gündən-günə abadlaşır, gözəlləşir. Milli adət-ənənələrə sədaqət, müasir inkişafdan doğan xoş ovqat, işıqlı sabaha olan inam Odlar Yurdunun bir parçası olan İsmayıllı rayonunda da açıq-aşkar hiss olunur.

Möhtərəm Prezident! Dünyanın, zamanın bir çox üzünü görmüş bir ağsaqqal kimi deyirəm ki, bu genişmiqyaslı işləri həyata keçirmək, sürətli sosial-iqtisadi inkişafa nail olmaq yalnız yüksək təşkilatçılıq bacarığı, mədəni intellektual səviyyəsi, öz yurduna və xalqına böyük sevgisi olan rəhbərin sayəsində mümkündür. Biz çox şadıq ki, məhz bu müsbət keyfiyyətlərin hamısı Sizdə cəmləşir.

Hörmətli cənab Prezident! Vətənimizin daha da çiçəklənməsi naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Dərin hörmətlə,

Hüseynov Miryavər Seyidrəsul oğlu.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi.