04 oktyabr 2014, 18:30

Vidadi Süleymanovdan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident!

Akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi Mehdiyeva Püstə Tahir qızına Sizin 2014-cü il 30 sentyabr tarixli Sərəncamınızla “Əməkdar müəllim” fəxri adının verilməsi kollektivimizin hədsiz sevincinə səbəb oldu.

Hesab edirik ki, bu, Püstə xanımın əməyinə verilən ən layiqli qiymət, ən dəyərli mükafatdır.

Möhtərəm Prezident! Müəllim adını uca tutaraq onlara qayğı ilə yanaşdığınız üçün kollektivimizin üzvləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Ulu Tanrı da Sizi hər zaman uca etsin!

Dərin Hörmətlə,

Süleymanov Vidadi, məktəb-liseyin direktoru.
Azərbaycan Respublikası, Bərdə rayonu.