09 oktyabr 2014, 13:40

Zakir Tapdıqovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Bizlan kəndi də daxil olmaqla bütövlükdə İsmayıllı rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Sizə minnətdarlıq etməyi özümüzə borc bilirik.

İlk növbədə, qeyd etmək istəyirik ki, yeni istehsal obyektlərinin, zavod və fabriklərin açılması gənclərin məşğulluğunu təmin etməklə yanaşı, rayon təsərrüfatının inkişafına da böyük zəmin yaratmışdır.

Bizim Bizlan kəndinin ən böyük problemlərindən biri içməli su problemi idi ki, bu da artıq öz həllini tapmışdır. Bütün evlərə su xətləri çəkilmiş və kənd camaatı içməli su ilə tam təmin olunmuşdur. Yerli camaatın xahiş və istəyi nəzərə alınaraq kəndimizdə əvvəllər mövcud olan kitabxananın bərpa edilməsi də təqdirəlayiq hadisədir.

Möhtərəm Prezident!

Bütün bu işlərə görə Sizə bir daha minnətdarlığımızı bildirir və söz veririk ki, respublikamızın inkişafı üçün bütün qüvvəmizi səfərbər edəcək, bilik və bacarığımızı əsirgəməyəcəyik.

Bizlan kəndinin ağsaqqalları və gəncləri adından hörmətlə,

Tapdıqov Zakir Şakir oğlu,
Fərzəliyev Azad Şahnəzər oğlu,
Məmmədov Sadıq Əlislam oğlu,
Xasıyev Məsud Mətləb oğlu və başqaları.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Bizlan kəndi.