Gerb

16 oktyabr 2014, 17:15
W1siziisijiwmtuvmdyvmtuvnnn0n2rjaje0z18znjayms5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=5c4a96b202e47be5

Prezident İlham Əliyev Tacikistana rəsmi səfəri çərçivəsində Milli Məclisin aşağı palatasının sədri Şükürcon Zuxurovla görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirildi, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində parlamentlərin rolunun əhəmiyyəti vurğulandı. Bildirildi ki, dərin tarixi və mədəni əlaqələrə malik olan Azərbaycan ilə Tacikistan dost və tərəfdaş ölkələrdir. Vurğulandı ki, ölkələrimizin daha da yaxınlaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Bu gün Azərbaycan və Tacikistan prezidentlərinin imzaladığı Birgə Bəyannamənin əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük töhfə verəcəyi ifadə edildi.


Böyük ölçüdə