16 oktyabr 2014, 21:10

Səftər Rzayevdən, Lənkəran, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Sizin diqqət və qayğınız nəticəsində yaşayışımız və həyat səviyyəmiz gündən-günə yaxşılaşır. Əsas narahatlıq doğuran sosial problemlərimiz artıq həll olunubdur. Yoxsulluğun və işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin müsbət nəticəsidir ki, işsiz insanların sayı əvvəlki illərə nisbətən kəskin dərəcədə azalmışdır. İnsanların qazancı və gəlirləri də tədricən artır. Necə deyərlər, iş olan yerdə xeyir-bərəkət də olar.

Möhtərəm Prezident!

Azərbaycan xalqı Sizə arxalanır və böyük inam bəsləyir. Bu, hər dövlət başçısına nəsib olmur. Siz bunları öz layiqli əməyiniz və zəhmətiniz hesabına qazanmısınız. Allah Sizi qorusun!

Hörmətlə,

Rzayev Səftər Əməş oğlu

Azərbaycan Respublikası, Lənkəran şəhəri.