|
24 dekabr 2010, 20:34
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovdan
Hörmətli İlham Heydər oğlu, Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin uzaqgörən rəhbərliyiniz altında Azərbaycanda həyata keçirilən və ölkənin ictimai-siyasi inkişafı, iqtisadi qüdrətinin möhkəmlənməsi və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində əhəmiyyətli nəticələr verən ardıcıl və yaradıcı islahatları Özbəkistanda böyük maraqla izləyirlər. Biz son vaxtlar birgə səylər sayəsində dinamik xarakter alan çoxşaxəli Özbəkistan-Azərbaycan münasibətlərinin genişlənməsi üzrə şəxsi səylərinizi yüksək qiymətləndirir və münasibətlərimizin ənənəvi dostluq prinsipləri, tam qarşılıqlı anlaşma və bir-birinin maraqlarına hörmət əsasında bundan sonra da dərinləşməsinə prioritet əhəmiyyət veririk. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram. Dərin hörmətlə,
İslam Kərimov 24 dekabr 2010, 20:40
Rusiya Federasiyası İnquşetiya Respublikasının Prezidenti Yunusbek Yevkurovdan
more...
24 dekabr 2010, 20:43
Azərbaycan Respublikası Prezidentinin dünya azərbaycanlılarına müraciəti
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.