Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovdan
24 dekabr 2010, 20:34
Hörmətli İlham Heydər oğlu,
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin uzaqgörən rəhbərliyiniz altında Azərbaycanda həyata keçirilən və ölkənin ictimai-siyasi inkişafı, iqtisadi qüdrətinin möhkəmlənməsi və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində əhəmiyyətli nəticələr verən ardıcıl və yaradıcı islahatları Özbəkistanda böyük maraqla izləyirlər.
Biz son vaxtlar birgə səylər sayəsində dinamik xarakter alan çoxşaxəli Özbəkistan-Azərbaycan münasibətlərinin genişlənməsi üzrə şəxsi səylərinizi yüksək qiymətləndirir və münasibətlərimizin ənənəvi dostluq prinsipləri, tam qarşılıqlı anlaşma və bir-birinin maraqlarına hörmət əsasında bundan sonra da dərinləşməsinə prioritet əhəmiyyət veririk.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram.
Dərin hörmətlə,
İslam Kərimov
Özbəkistan Respublikasının Prezidenti
Daşkənd, 21 dekabr 2010-cu il.