18 oktyabr 2014, 14:00

Əflatun Cavadovdan, Kürdəmir, Azərbaycan

Çox hörmətli cənab Prezident! 

Siz ulu öndər Heydər Əliyevin siyasi yolunu çox böyük fədakarlıqla və uğurla davam etdirərək doğma Azərbaycanımızı yüksək zirvələrə qaldırmısınız.

Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticələri özünü respublikamızın hər bir bölgəsində parlaq şəkildə göstərməkdədir.

Qeyd edə bilərəm ki, Sizin möhkəm iradəniz, təşəbbüs və ideyalarınız, tapşırıq və göstərişləriniz, dövlət məmurlarına olan yüksək tələbkarlığınız bu inkişafda başlıca rol oynamışdır.

Möhtərəm Prezident! 

Ölkəmizin inkişafı və xalqımızın rifahının yaxşılaşdırılması naminə göstərdiyiniz xidmətlərə görə Sizə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz adımdan, ailə üzvlərim və Kürdəmir rayonunun bütün sakinləri adından hədsiz minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Cavadov Əflatun Cabar oğlu

Azərbaycan Respublikası, Kürdəmir rayonu.