AXTAR:
|
24 dekabr 2010, 20:30
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevdən
Möhtərəm İlham Heydər oğlu,
Ad gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə xas olan istedadlı rəhbər, əsl vətənpərvər keyfiyyətlərinizi səylə Azərbaycanın tərəqqisi və vətəndaşlarının rifahının yüksəlməsi naminə xidmət işinə yönəldirsiniz.
Azərbaycan Sizin rəhbərliyiniz altında fəal xarici siyasi xətt yeridir, dünya və regional səviyyəli mühüm problemlərin həllində etibarlı və konstruktiv tərəfdaş kimi çıxış edir. Əminəm ki, Sizin gücünüz və enerjiniz, dövlət xadimi və siyasi xadim kimi təcrübəniz bundan sonra da mehriban qonşuluğun və strateji tərəfdaşlığın inkişafına, Müstəqil Dövlətlər Birliyi məkanında inteqrasiya proseslərinin və qarşılıqlı fəaliyyətin genişlənməsinə xidmət edəcəkdir. Fürsətdən istifadə edərək, Müstəqil Dövlətlər Birliyinin fəaliyyətinə daim diqqət yetirdiyinizə, MDB-nin möhkəmlənməsinə və inteqrasiya proseslərinin gələcək inkişafına yönəlmiş ardıcıl və konstruktiv siyasət yeritdiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm. Dərin hörmətlə,
Sergey Lebedev
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Minsk, 24 dekabr 2010-cu il. 24 dekabr 2010, 20:43
Azərbaycan Respublikası Prezidentinin dünya azərbaycanlılarına müraciəti
more...
24 dekabr 2010, 19:20
Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovdan
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.