Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovdan
24 dekabr 2010, 19:20
Hörmətli İlham Heydər oğlu,
Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin şəxsinizdə Azərbaycanın geniş təfəkkürü peşəkarlıqla, müdrikliyi ali insani keyfiyyətlərlə özündə birləşdirən rəhbəri vardır.
Əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində Sizin fəaliyyətiniz bundan sonra da xalqlarımız arasında dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın inkişafına və möhkəmlənməsinə kömək edəcəkdir.
Möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyimi və ən xoş arzularımı qəbul edin.
Maqomedsalam Maqomedov
Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti
Mahaçqala, 23 dekabr 2010-cu il.