|
24 dekabr 2010, 13:52
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasının açılışında İlham Əliyevin nitqi
Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram, sizi bu gözəl evlərin istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu gün doğrudan da, ölkəmizdə çox böyük hadisə baş verir. Bir gündə doqquzmərtəbəli üç bina bizim qardaş-bacılarımıza təqdim edilir. Bu hadisə onu təsdiq edir ki, Azərbaycan dövləti ehtiyacda olanlara həmişə öz qayğısını göstərəcəkdir. Xüsusilə müharibədə sağlamlığını, öz yaxınlarını itirmiş insanlara Azərbaycan dövləti həmişə böyük qayğı göstərmişdir və bu gün də bu siyasət davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, son illərdə 3 mindən artıq mənzil paylanmışdır. Bu il 700-dən çox mənzil verilmişdir. Növbəti 3-4 ildə, əminəm ki, hazırda növbədə dayanan bütün vətəndaşlar ən yüksək səviyyədə tikilmiş mənzillərlə təmin olunacaqlar. Bununla bərabər, bu gün 200-dən çox avtomobil də paylanılır. Bu, artıq gözəl ənənəyə çevrilibdir. Mindən çox, bəlkə də iki minə yaxın avtomaşın artıq soydaşlarımıza verilmişdir.
Ünvanlı sosial yardım göstərilir, ölkəmizdə məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, yollar salınır. Yəni, biz çalışırıq ki, Azərbaycan cəmiyyətində dünyanın ən qabaqcıl meyarları tətbiq olunsun. Biz buna layiqik və bunu etməyə qadirik.
Əlbəttə ki, bu gün bunu təsəvvür etmək mümkün deyildir. Bu gün Azərbaycan ən qüdrətli hərbi potensiala malikdir. Bu gün bizim həm iqtisadi, həm siyasi, həm hərbi potensialımız Ermənistanla müqayisəedilməz səviyyədədir. Ancaq 1990-cı illərin əvvəllərində, bir daha demək istəyirəm ki, Azərbaycanda yaranmış vəziyyətdən istifadə edib erməni işğalçıları torpaqlarımızı işğal ediblər.
Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 75 faizini təşkil edir. Azərbaycanda yaranmış maliyyə imkanları bizə imkan verir ki, istənilən məsələni öz xeyrimizə həll edək. Ermənistan tərəfi, əlbəttə ki, bu reallıqları dərk edir, başa düşür və hesablaşmalıdır. Təsadüfi deyil ki, son aylar ərzində onların isterik hərəkətləri ona gətirib çıxarıb ki, onların qorxu içində olması artıq bütün dünyaya bəllidir. Bu həqiqətdir və nə qədər ki, Azərbaycan torpaqları işğal altında qalacaq, Ermənistan o qədər qorxu içində yaşayacaqdır. Heç kim istəməz ki, onun qonşusu ona qarşı pis niyyətdə olsun. Amma bizim başqa seçimimiz yoxdur. Əgər Ermənistan öz xoşu ilə beynəlxalq hüquq normalarına uyğun şəkildə Azərbaycan torpaqlarından qüvvələrini geri çəksə, o zaman bölgədə sülh və əmin-amanlıq yaranacaqdır. Nə vaxta qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan və onun rəhbərləri bilməlidirlər ki, Azərbaycan xalqı istənilən anda öz ərazisində istənilən hərbi əməliyyatı keçirə bilər. Bu imkanları bizə beynəlxalq hüquq normaları yaradır. Bir daha sizi təbrik edirəm. Böyük ölçüdə AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.