Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə

22 oktyabr 2014, 18:10

Hörmətli cənab Prezident,

Macarıstanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Macarıstanı möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Macarıstan xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 oktyabr 2014-cü il.