Gerb

23 oktyabr 2014, 14:00

Möhtərəm cənab Prezident!

Biz, Gəncə şəhər ziyalılarının nümayəndələri Sizə - ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarını ləyaqətlə həyata keçirən uzaqgörən, müdrik rəhbərə Nizami yurdunun ictimaiyyəti adından dərin minnətdarlıq və böyük qürur hissi ilə müraciət edirik. Biz fəxr edirik ki, doğma şəhərimiz bu gün bütün sahələrdə intibah dövrünü yaşayır. Bu fəxarət hissini bizə bəxş etdiyiniz üçün Sizə səmimi minnətdarlığımızı bildiririk.

Cənab Prezident!

Sizin diqqət və qayğınız sayəsində qədim elm və mədəniyyət mərkəzlərindən olan Gəncə şəhəri son illər həqiqətən adına layiq tərzdə yenidən qurulur. Görülən işlər göz qabağındadır. Şəhər dinamik şəkildə inkişaf edir. Aparılan genişmiqyaslı quruculuq işləri, böyük zövqlə salınan park və xiyabanlar, müasir binalar, genişlənən küçələr göz oxşayır, şəhərin ictimai-mədəni həyatı zənginləşir, milli mənəvi dəyərlər geniş təbliğ olunur. Gəncə tarixini qorumaqla müasirləşir, abadlaşır, dünya səviyyəli şəhərə çevrilir. Şəhər əhalisi işlə təmin olunur, firavan yaşayır.

Cənab Prezident!

2014-cü il oktyabr ayının 18-də Sizin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birgə şəhərimizə səfəriniz zamanı “İmamzadə” dini-tarixi kompleksində və Gəncə Dövlət Filarmoniyasının binasında aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olaraq verdiyiniz dəyərli tapşırıq və tövsiyələr, “Stadler” Gəncə vaqon istehsalı zavodunun, Gəncə Dövlət Dram Teatrının yeni binalarının təməlqoyma mərasimlərində, həmçinin 4 nömrəli tam orta məktəbin yeni korpusunun və 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışlarında iştirakınız, Cavad xan küçəsində sakinlərlə səmimi görüşləriniz bizi çox sevindirdi və fərəhləndirdi.

Sizin şəhərimizə gəlişinizi böyük bayram kimi qeyd edən qədirbilən gəncəlilər Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair və Gəncə şəhərini Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında 2014-cü il 21 oktyabr tarixli sərəncamlarınıza əsasən şəhərimizə ümumilikdə 10 milyon manat məbləğində vəsaitin ayrılmasını qədim Nizami yurduna diqqət və qayğınızın bariz nümunəsi kimi dəyərləndirirlər.

Əmin ola bilərsiniz ki, müstəqil Azərbaycanımızın tərəqqisi, qüdrətlənməsi naminə apardığınız ardıcıl və məqsədyönlü fəaliyyətinizi ürəkdən dəstəkləyən gəncəlilər Sizə, uğurla davam etdirdiyiniz Heydər Əliyev siyasətinə sadiqdirlər.

Möhtərəm cənab Prezident!

Doğma Azərbaycanımızın işıqlı sabahı, xalqımızın xoşbəxt gələcəyi naminə Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Ulu Tanrı daim Sizi qorusun!

Dərin hörmətlə,

Gəncə şəhərinin ziyalıları adından
Yusifli Xəlil Həmid oğlu
professor,
Yusifov Mübariz İmran oğlu
professor,
Şərifov Vaqif Abdulla oğlu
Xalq Artisti,
Allahverdiyev Rübail Nəcəf oğlu
Əməkdar Müəllim,
Şərifov Şərif Hacı oğlu
Əməkdar Rəssam,
Bayramova Aynur Akif qızı
GDU-nun Botanika kafedrasının dosenti,
Seyfullayeva Nüşabə Nəriman qızı
AMEA Gəncə bölməsinin doktorantı,
Əliyeva Elmira Hümmət qızı
Əməkdar Mədəniyyət İşçisi,
Nəcəfov Nizami Səyyad oğlu
Əməkdar Həkim,
Həsənova Aidə Musa qızı
Əməkdar Müəllim,
Verdiyev Fikrət Süleyman oğlu
Xalq Artisti,
Axundov Sahib İbrahim oğlu
Əməkdar Mədəniyyət İşçisi,
Hüseynova Rahilə Cəbrayıl qızı
Əməkdar Müəllim,
Abdürəhmanov Sərvər Həsən oğlu
Əməkdar Həkim,
Qurbanova Pərvanə Yaqub qızı
Xalq Artisti,
Kalaşnikova İrina Vlodimirovna
“Новости Гянджи” qəzetinin redaktoru,
Həsənova Təranə Əhməd qızı
Regional Perinatal Mərkəzin direktoru,
Əmrahova Aidə Fazil qızı
1 nömrəli Uşaq musiqi məktəbinin direktoru,
Abdullayev Tural Eldar oğlu
Əməkdar Artist,
İbrahimova Sevinc Qəhrəman qızı
Əməkdar Artist,
Cəfərov Məmməd Əhməd oğlu
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Əməkdar Artist.

Azərbaycan Respublikası, Gəncə şəhəri.