23 oktyabr 2014, 14:15

Maarif Əliyevdən, Bakı, Azərbaycan

Əziz və hörmətli Prezident!

Şəhərimizdə görülən abadlıq-quruculuq işləri Şüvəlan qəsəbəsindən də yan keçməyib. Belə ki, Şüvəlan qəsəbəsində yeni çəkilən su xəttləri bizim uzun müddətli su problemimizi həll etdi. Ona görə də Yusif Qasımov küçəsinin sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm Prezident, yaradılan bu şərait bizi çox sevindirir. Hər zaman olduğu kimi biz Sizi dəstəkləyirik və dəstəkləməkdə də davam edəcəyik. Görülən bütün işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Əliyev Maarif Fərhad oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Şüvəlan qəsəbəsi.