Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Text size Plus Minus

24 may 2010, 18:20

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 690; 2006-cı il, № 4, maddə 316; 2007-ci il, № 10, maddə 934; 2008-ci il, № 8, maddə 699) ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın 3.1-ci maddəsinin ikinci abzasında “Azərbaycan Respublikası Milli Məclisinin Aparatının,” sözlərindən sonra “Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının,” sözləri, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının,” sözlərindən sonra “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının,” sözləri, “Məhkəmə-Hüquq Şurasının Aparatının” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2010-cu il.

 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi