Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova

25 oktyabr 2014, 18:00

Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. 

Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, qarşılıqlı münasibətlərimizin hərtərəfli inkişafı və möhkəmləndirilməsi yolunda səylərimiz xalqlarımızın rifahına mühüm töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 23 oktyabr 2014-cü il.