Gerb

03 noyabr 2014, 13:20
W1siziisijiwmtuvmdyvmtuvnmhxzdvwexjpml8znju3ny5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=f8160de935d04482

Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olundu, son vaxtlar bu münasibətlərin dinamik inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğu qeyd edildi.

İkitərəfli əlaqələrimizin turizm, gənclər, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, hava nəqliyyatı və digər sahələrdə daha da genişləndirilməsi müzakirə olundu.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Böyük ölçüdə