11 noyabr 2014, 17:00

Zemfira İsayeva və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

“İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsait ayrılması ilə əlaqədar müvafiq Sərəncamınız bizi çox sevindirdi. Bu müqəddəs ocağın yenidən qurulması Sizin dinimizə, tariximizə, mədəniyyətimizə verdiyiniz böyük önəmin və mənəvi zənginliyinizin nəticəsidir. Siz bununla tariximizi və milli-mənəvi dəyərlərimizi yaşadır, cəmiyyətdə hökm sürən saf və səmimi mühitin qorunub saxlanılmasını təmin edirsiniz.
Möhtərəm Prezident! Bu alicənab və humanist addımlarınıza görə “Fatimeyi Zəhra”, “Həzrəti Zeynəb”, “Qırıxlı” və “Qazaxlar” məscidlərinin dini icmaları adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi hər zaman pənahında saxlasın!

Hörmətlə,

İsayeva Zemfira
Cəfərova Rahilə
Nağıyev Miryadigar
İsmayılov Rahil və başqaları (cəmi: 26 imza).

Azərbaycan Respublikası, Gəncə şəhəri.