11 noyabr 2014, 17:15

Siyasət Məmmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, “İmamzadə” kompleksində bərpa işlərinin aparılması və qəsəbələrarası yolların tikintisi ilə bağlı son günlər imzaladığınız sərəncamlar bir gəncəli kimi məni çox sevindirdi. Bunu şəhərimizin abadlaşdırılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin növbəti mərhələsi hesab edirəm.

Möhtərəm Prezident! Sizə olan minnətdarlığım sonsuzdur. Azərbaycanın təbliği və dünyaya tanıdılması üçün Sizinlə çiyin-çiyinə böyük əmək sərf edən ölkəmizin birinci xanımı Mehriban Əliyevaya və övladlarınıza da təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə.

Məmmədov Siyasət,
ADAU-nun professoru.

Azərbaycan Respublikası, Gəncə şəhəri.