Gerb

12 noyabr 2014, 14:30

Hörmətli cənab Prezident!

Bütün gəncəlilər, o cümlədən şəhərimizin mədəniyyət və incəsənət işçiləri Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında 5 noyabr 2014-cü il tarixli Sərəncamınızı sevinclə qarşıladılar.

Qədim Gəncənin abadlaşdırılması üçün atılan hər bir addım qəlbimizi qürur və fərəh hissi ilə doldurur, dövlətimizə olan inam və etimadı daha da artırır, bizi doğma yurdumuzun inkişafı və uğurları üçün böyük həvəslə işləməyə sövq edir.

Möhtərəm Prezident!

Biz mədəniyyət və incəsənət işçiləri şəhərimizə göstərdiyiniz böyük diqqət və qayğını yüksək qiymətləndirir, hər zaman siyasi xəttinizə sadiq qalacağımıza söz veririk. Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Aydın, “Nizami” kinoteatrının direktoru,
Əliyeva Çinarə, 2 saylı Mədəniyyət evinin direktoru,
Hacıyev Sənan
Vəliyev Raul
Qafarova İntizar və başqaları (cəmi: 21 imza).
Azərbaycan Respublikası, Gəncə şəhəri. 

12 noyabr 2014, 11:30
Noyabr 2014 more...