12 noyabr 2014, 14:40

Ələkbər Mirzəyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Həyata keçirdiyiniz sosial və iqtisadi islahatlar Azərbaycanın sürətli və dinamik inkişafında böyük rol oynayır.

Qeyd etmək istəyirəm ki, respublikamızda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi də təqdirəlayiqdir. Ötən ay Bakıda Gənclər siyasəti üzrə Birinci Qlobal Forumun keçirilməsi və həmin forumda dərin məzmunlu nitqiniz Sizin gənclərə və onların cəmiyyətdəki roluna çox böyük önəm verdiyinizi bir daha təsdiq etdi.

Möhtərəm Prezident! Forumda söylədiyiniz kimi “Biz Azərbaycan gəncləri kimi böyük potensial, uğurumuzun aparıcı qüvvəsi ilə gələcəkdə daha böyük nailiyyətlərə imza atacağıq”.

Respublikanın gənc bir vətəndaşı olaraq Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı, gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Mirzəyev Ələkbər Azər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.