13 noyabr 2014, 16:40

Bayram Hacıyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini şəhərlə birləşdirən avtomobil yollarının tikintisi və “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün maliyyə vəsaitinin ayrılması barədə 2014-cü il 21 oktyabr və 5 noyabr tarixli sərəncamlarınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Biz gəncəlilər çox gözəl bilirik ki, Siz qədim Nizami yurduna hər zaman xüsusi diqqətlə yanaşmısınız. Məhz bunun sayəsində şəhərimiz sürətlə abadlaşır, gözəlləşir, müasir şəhərlər sırasında öz layiqli yerini tutur.

Möhtərəm Prezident! Bütün bu işlər qəlbimizi qürur hissi ilə doldurur və Sizə olan məhəbbətimizi daha da artırır. Sədri olduğum komitənin kollektivi adından Sizə bir daha təşəkkür edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Hacıyev Bayram, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri.

Azərbaycan Respublikası, Gəncə şəhəri.