14 noyabr 2014, 12:30

Ziyad Abbasovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin tərəfinizdən dövrün reallıqlarına uyğun zənginləşdirilərək davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə bütün sahələr dinamik inkişaf edir, əhalinin maddi rifahı yaxşılaşır, yeni sosial-mədəni obyektlərin tikintisi sahəsində mühüm işlər görülür, o cümlədən xalqın sərvəti olan tarix və mədəniyyət abidələri təmir və bərpa edilir.

Hörmətli cənab Prezident!

Sizin diqqət və qayğınız sayəsində Gəncə şəhərində abadlıq, təmir-tikinti, yenidənqurma işləri ilə yanaşı, sosial infrastruktur layihələri də həyata keçirilir. Sizin bu yaxınlarda Gəncə şəhərinə tarixi səfəriniz zamanı görülən işlərə verdiyiniz yüksək qiymət, şəhərimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qəsəbədaxili yolların tikintisi, həmçinin “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması ilə bağlı imzaladığınız sərəncamlar hər bir gəncəlidə sonsuz qürur və iftixar hissi oyatdı. Bunun üçün Sizə bir daha dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Abbasov Ziyad Mehralı oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.