Gerb

14 noyabr 2014, 17:20

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz altında vətənimiz Azərbaycanın gündən-günə çiçəklənməsi və heyrətamiz diyara çevrilməsi qəlbimizdə böyük fərəh hissi doğurur. Son illər ərzində bizim yaşadığımız Pirallahı rayonunda görülən abadlıq-quruculuq işləri bizi çox sevindirir. Həmçinin qeyd etmək istəyirəm ki, uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin Vətənə, tariximizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsinə müsbət təsirini göstərir.

Möhtərəm Prezident! Sizin təşəbbüsünüzlə IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində biz Pirallahı məktəbliləri ölkəmizin qərb bölgəsinə səyahət edərək oradakı tarixi abidələr, qədim yaşayış məskənləri ilə tanış olduq. Doğma Azərbaycanımızın bölgələrini görmək və ölkəmizi daha da yaxından tanımaq üçün biz şagirdlərə yaratdığınız şəraitə görə Pirallahı məktəbliləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Söz veririk ki, dərslərimizə məsuliyyətlə yanaşacaq, Vətənimizin layiqli və intellektual gəncləri olmağa çalışacağıq.

Dərin hörmətlə,

Tağıyeva Zərifə İlham qızı
Zeynalov Nurlan Natiq oğlu
Allahverdiyeva Fidan Şahin qızı
Abdullayev Sadıx İntiqam oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.