İlham Əliyev məcburi köçkünlər üçün Gəncədə salınan yeni qəsəbənin açılışında iştirak edib

14 noyabr 2014, 20:30
İlham Əliyev məcburi köçkünlər üçün Gəncədə salınan yeni qəsəbənin açılışında iştirak edib

Prezident İlham Əliyev Gəncə şəhəri ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xüsusiyyətlərindən biri də ölkədə aparılan siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının yaxşılaşmasıdır. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşən vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə təsirli tədbirlərin görülməsi Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq daim diqqət mərkəzində saxlanılır. Bu da Azərbaycanda sosial sahədə vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdən biridir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”, - deyən Prezident İlham Əliyev verdiyi vədə əməl edib. 2007-ci ilin dekabrında ölkədəki sonuncu çadır şəhərciyi tarixə qovuşub. Ötən müddətdə məcburi köçkünlər üçün bütün infrastruktura malik yeni qəsəbələr salınıb. Belə qəsəbələrdən biri də Gəncə şəhərində salınıb.

Son illərdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə Prezident tərəfindən onlarla fərman və sərəncam imzalanıb, müxtəlif qanunlar təsdiqlənib. Dövlətimizin başçısının 2004-cü ildə imzaladığı Sərəncamla məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı qəbul olunub. 2003-2014-cü illərdə 87 müasir qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və həyət evləri tikilib, 42 min məcburi köçkün ailəsi və ya 210 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illər ərzində hərtərəfli infrastruktura malik onlarla məktəb, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə ümumilikdə 5,1 milyard manat vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Həmin vəsaitin 1,8 milyard manatı Dövlət Neft Fondunun xətti ilə ayrılıb. Görülən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizə düşüb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni qəsəbə barədə məlumat verdi. Bu qəsəbə Prezidentin 2004-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Əlavələrə əsasən inşa olunub.

Qəsəbə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşir. 60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbədə Kəlbəcər rayonundan və Xocalıdan ölkənin müxtəlif ərazilərində, o cümlədən Gəncə şəhərində və Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaşayacaq.

Prezident İlham Əliyev 50 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Dövlətimizin başçısı Xocalı rayon Kosalar kənd tam orta məktəbində də oldu. Məktəbin 440 şagird yerlik binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün ailələri ilə görüşlərindən, onların problemlərinin həlli ilə bağlı görülən işlərdən bəhs edən fotostend yaradılıb.

Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. İdman zalı da bütün zəruri avadanlıqla təchiz olunub.

Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılıb. Burada yarımstansiyalar genişləndirilib, komplektləşdirilmiş transformator yarımstansiyaları quraşdırılıb, uzunluğu 30 kilometrdən çox olan su kəməri çəkilib, nasosxana binası inşa olunub. Qəsəbəyə uzunluğu təqribən 25 kilometr olan qaz xətti çəkilib və 6 qaztənzimləyici məntəqə yaradılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub.

Prezident İlham Əliyev yeni qəsəbədəki mənzillərdə yaradılan şəraitlə də tanış oldu. Burada 60 birotaqlı, 255 ikiotaqlı, 230 üçotaqlı və 55 dördotaqlı mənzil var.

Dövlətimizin başçısı məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitdən razılığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35