15 noyabr 2014, 13:50

Asim Hüseynlidən, İsmayıllı, Azərbaycan

Asim Hüseynlidən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi İsmayıllıda da görülən abadlıq-quruculuq işləri yerli əhalidə razılıq hissi doğurur. Təhsil, mədəniyyət, səhiyyə, idman obyektlərinin, yeni inzibati və yaşayış binalarının tikintisi, avtomobil yollarının əsaslı təmiri və yeni yolların çəkilməsi, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, istehsal müəssisələrinin açılması və yeni iş yerlərinin yaradılması sosial-iqtisadi inkişafın göstəricisidir. Bütün bunlar İsmayıllının ümumi mənzərəsini və əhalinin güzəranını yaxşılaşdırmaqla yanaşı, rayonumuzda turizmin inkişafına da böyük töhfə verir. Son illər ərzində rayonumuza gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu məsələdə sözsüz ki, ölkəmizin yüksək səviyyədə təbliğ olunması və beynəlxalq əlaqələrinin ildən-ilə genişlənməsi də mühüm rol oynayır.

Möhtərəm Prezident!

Sizin müdrik siyasətiniz sayəsində ölkəmizin qazandığı uğurlar birə-beş artmış, Azərbaycanın üçrəngli müqəddəs bayrağı zirvələrə qalxmışdır. İnanıram ki, bu bayrağın Qarabağ səmasında, Şuşa, Əsgəran qalalarında dalğalanacağı gün də uzaqda deyil.

Ölkəmiz üçün gördüyünüz və planlaşdırdığınız işlərə görə Sizə dərin təşəkkürümü bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.


Hörmətlə,

Hüseynli Asim Əlibaba oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Talıstan kəndi.