|
28 dekabr 2010, 12:05
Firuz Məmmədovdan, Taxtakörpü qəsəbəsi, Ağcabədi, Azərbaycan
Hörmətli Prezident! Bu məktubu Sizə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvəqqəti məskunlaşan Laçın rayon sakinlərinin adından yazır, burada görülən işlərdən danışmaq istəyirəm. Taxtakörpüdə Laçın Rayon İcra Hakimiyyəti, rayon təşkilatları, o cümlədən polis şöbəsi, bank, mədəniyyət evi, məşğulluq idarəsi, sosial təminat şöbəsi üçün yeni binalar, məktəb və xəstəxanalar tikilmiş, yollar çəkilmiş, kanallar salınmışdır. Əvvəllər pərakəndə şəkildə yerləşən rayon idarələrinin bir yerə cəmlənməsi əhalinin işini xeyli asanlaşdırmışdır. İndi qəsəbədə Heydər Əliyev parkı göz oxşayır. Taxtakörpü abad və gözəl bir qəsəbəyə çevrilmişdir. Görülən işlər üçün bütün laçınlılar adından Sizə təşəkkür edirik. Bu işlərin hamısının, həmçinin laçınlılar üçün belə güzəranın Sizin diqqət və qayğınız sayəsində başa gəldiyini yaxşı başa düşürük. Torpaqlarımızı sülh yolu ilə qaytarmağa çalışdığınızı bilirik. Ordumuzun da indiki gücünə bələdik.
Hörmətli Prezident, bir daha Sizə Laçın ağsaqqalları adından minnətdarlığımızı çatdırıram. İnanırıq ki, tezliklə doğma torpaqlarımıza qayıdacaq və laçınlıların güzəranı bundan sonra daha da yaxşı olacaqdır.
Taxtakörpü qəsəbəsində məskunlaşmış AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.