Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 noyabr 2014, 18:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:


Əliyev Adil Şirməmməd oğlu - Qanunvericilik baş idarəsinin rəisi

Qasımov Elçin Lütvəli oğlu - Təşkilat-nəzarət baş idarəsinin rəisi.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2014-cü il.