F.M.Süleymanova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21 noyabr 2014, 19:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətinə görə Fəxrəddin Muradəli oğlu Süleymanova “Əməkdar mühəndis” fəxri adı verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2014-cü il.