İlham Əliyev BBC Global News-un baş icraçı direktorunu qəbul edib

25 noyabr 2014, 15:30
İlham Əliyev BBC Global News-un baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev BBC Global News-un baş icraçı direktoru Cim İqanı qəbul edib.

BBC Global News-un baş icraçı direktoru Cim İqan rəhbərlik etdiyi qurumun fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. O, Azərbaycanın tarixi, mədəni yüksəlişi və ölkəmizdə gedən inkişaf prosesləri barədə dolğun informasiyanın geniş tamaşaçı auditoriyasına çatdırılmasının önəmini vurğuladı.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, müstəqillikdən sonra sürətli iqtisadi inkişaf proseslərinə nail olunması, ölkəmizdə azadlıq və demokratiyanın təmin edilməsi istiqamətində görülən işlər, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, respublikamızın energetika sahəsində qazandığı nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışdı. Prezident İlham Əliyev Azərbaycanın zəngin tarixi, mədəniyyəti, inkişaf prosesləri barədə obyektiv və qərəzsiz informasiyanın çatdırılmasının önəmini vurğuladı.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04