İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

26 noyabr 2014, 16:30
İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Conatan Endryu Karrın etimadnaməsini qəbul edib.

Səfir Conatan Endryu Karr fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Conatan Endryu Karr etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Conatan Endryu Karr Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu dedi.

Azərbaycan ilə Yeni Zelandiya arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün güclü qarşılıqlı siyasi iradənin olduğunu vurğulayaraq biznes, sərmayə qoyuluşu və digər sahələrdə imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10