İlham Əliyev Maltanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

27 noyabr 2014, 15:00
İlham Əliyev Maltanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Malta Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Debononun etimadnaməsini qəbul edib.

Səfir Con Debono fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Con Debono etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev Malta Respublikasının Baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafına dair məsələləri müzakirə etdiklərini məmnunluqla xatırladı. Enerji sektorunda əməkdaşlığımızın artıq mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin digər sahələrdə də genişləndirilməsinin zəruriliyini qeyd etdi.

Səfir Con Debono ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə genişləndirməkdə maraqlı olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06