28 noyabr 2014, 15:15

Şəfiqə Səmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm işlər görülüb. Xüsusilə qeyd edərdim ki, ulu öndərimiz Heydər Əliyevin böyük əməyi və təcrübəsi sayəsində ərsəyə gələn Konstitusiyamız respublika vətəndaşlarının azad və firavan yaşayışının təminatçısına çevrilib. Hazırda ölkəmizdə insan hüquqlarının müdafiəsi yüksək səviyyədə təmin olunur.

Əyani surətdə şahidi olduğum üçün deyə bilərəm ki, cəmiyyətin ədalət təmsilçiləri hesab edilən məhkəmələrdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır və nəzarət işi yaxşı təşkil edilib.

Əziz Prezidentimiz, belə bir dövlətdə yaşamaq bizim ən böyük xoşbəxtliyimizdir. Bu sabitliyin və əmin-amanlığın qorunub saxlanılması və Azərbaycanın daha da inkişaf etdirilməsi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Səmədova Şəfiqə Xanbaba qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.