Gerb

29 dekabr 2010, 19:15

Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinin Sizin qayğı və diqqətiniz sayəsində başa çatdırılması və Bakının 75 faiz əhalisinin içməli su ilə təmin edilməsinə görə, Sizi ürəkdən təbrik edirəm. 

85 yaşlı bir insan kimi mən rəhbərlik etdiyim kollektivin atanız - ulu öndərimiz Heydər Əliyevin vaxtında Kür çayından Bakıya su çəkilişində iştirak etməsi ilə fəxr edirəm. Mən dünənki çıxışınızı diqqətlə izlədim. Doğrudan da, su Allah-Təala tərəfindən bütün canlılara bəxş olunmuş əvəzsiz bir nemətdir, onu qənaətlə işlədib qədrini bilmək lazımdır. Mən çox şadam ki, mərhum atanız ümummilli liderimiz Heydər Əliyevin yolunu onun layiqli varisi kimi Siz ləyaqətlə davam etdirirsiniz. Çox sağ olun. Qoy Allah-Təala həyat yoldaşınız Mehriban xanımı, balaca Heydəri və qızlarınızı qorusun.

Qocaman nəqliyyatçı Musayev Musa Həsən oğlu,
Azərbaycan, Gəncə şəhəri, N.Nərimanov prospekti, 2.