Gerb

01 dekabr 2014, 12:15

Hörmətli cənab Prezident!

Dünyanın əksər ölkələrində daxili çəkişmələrin və münaqişələrin tüğyan etdiyi bir vaxtda Azərbaycanda ictimai-siyasi sabitliyin saxlanılması, iqtisadiyyatın və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması üçün çox səbirli davranılması və möhkəm iradə nümayiş etdirilməsi təqdirəlayiq haldır və Sizin möhkəm siyasi iradəyə malik lider olduğunuzu göstərir. Ölkəmizə və xalqımıza göstərdiyiniz xidmətlər biz gənclər üçün qürur mənbəyidir, örnəkdir. Biz Sizin güclü dövlət yaratmaq istiqamətindəki fəaliyyətinizi bəyənir və dəstəkləyirik.

Hörmətli cənab Prezident, Sizin söylədiyiniz “Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar” fikri biz gənclərin də üzərinə şərəfli bir vəzifəni – güclü Azərbaycan naminə var qüvvə ilə çalışmaq vəzifəsini qoymuşdur. Təbii ki, biz Vətən üçün nə etsək, hətta son damla qanımızı versək belə, yenə də azdır. Mən bir vətəndaş kimi ölkəmizin sürətli inkişafı sahəsində həyata keçirdiyiniz işlərə hər vasitə ilə kömək etmək üçün əlimdən gələni edirəm və bundan sonra da Sizin siyasətinizə sadiq qalacağam.

Hörmətlə,

Əhmədov Məzahir Rəfail oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.