16 dekabr 2014, 13:05

Şakir Abbasovdan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin daxili və xarici siyasətinizi bəyənir, bu yolda Sizə uğurlar arzulayıram. Bu, ümummilli liderimiz Heydər Əliyevdən əmanət qalan, dünənimizi, bu günümüzü və gələcək inkişafımızı təmin edən, bizə saysız-hesabsız nailiyyətlər qazandıran və hər bir azərbaycanlıda haqlı qürur hissi oyadan siyasətdir.

Möhtərəm Prezident, bu siyasəti uğurla davam etdirdiyiniz və Azərbaycanı inamlı gələcəyə doğru apardığınız üçün Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin, ruhu hər zaman şad olsun! Amin!

Hörmətlə,

Abbasov Şakir.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Yuxarı Cürəli kəndi.