|
29 dekabr 2010, 23:14
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi miqrasiya orqanlarının rəmzidir. Rəsmi emblem Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hər bir işçisinə miqrasiya orqanlarının fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır. 2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi miqrasiya orqanları işçilərinin, habelə xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə mənsubiyyətini bildirən nişandır. 3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi Xidmətin blanklarında, miqrasiya orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, xüsusi geyim formasında yerləşdirilir. 4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemindən istifadəyə aşağıdakı hallarda yol verilir: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çap məhsullarında, kino, video, foto materiallarında; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar). AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.