Gerb

15 dekabr 2014, 20:20
W1siziisijiwmtuvmdyvmtuvotm3ew1iddbnov8znzm2ns5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=860644a6ddd4b8b7

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabadda inşa olunan uşaq bağçasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ölkənin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsilin inkişafı ilə bağlı fəaliyyətində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad rayonunda inşa edilmiş 100 yerlik uşaq bağçası bir daha göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb.

Dövlətimizin başçısı uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, inşasına bu ilin aprelində başlanılan ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 100 uşaq 4 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.

Uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb, su anbarı və transformator yarımstansiyası quraşdırılıb.


Böyük ölçüdə