17 dekabr 2014, 13:30

Kənan Qədirovdan, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident!

Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Sabirabad şəhərində də aparılan abadlıq-quruculuq işləri göz qabağındadır. Sizin göstərdiyiniz diqqət və qayğı sayəsində Sabirabad şəhərində də yaşayış binaları əsaslı təmir olunur, kommunikasiya xətləri çəkilir, sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parklar yenidən qurulur, yaşıllıq sahələri genişləndirilir. Sizin Sabirabada səfəriniz bütün sabirabadlıları sevindirir.

Möhtərəm Prezident, şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi sadə, humanist rəhbərimiz var. Sizə uzun ömür, cansağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Allah Sizi Azərbaycan xalqına çox görməsin. Amin!

Hörmətlə

Qədirov Kənan Malik oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu.