19 dekabr 2014, 15:00

Enes Çelikdən, Ərzurum, Türkiyə

Hörmətli cənab Prezident!

Canımızın, qanımızın bir olduğu bir ölkədən - Türkiyədən Sizlərə səmimi salamlarımı göndərirəm. Bu məktubu yazmaqla birinci Avropa Oyunlarına ev sahibliyi etməyiniz münasibətilə Sizi təbrik etmək istəyirəm. Əminəm ki, ölkəniz bu oyunları yüksək səviyyədə təşkil edəcəkdir.

Möhtərəm Prezident, bir gün qismət olarsa gözəl Bakıya gəlib şəhid qardaşımız Mübariz İbrahimovun məzarı başında birliyimiz və qardaşlığımız üçün dua etmək istəyirəm. Allah bizə hər işimizdə qələbə qazandırsın!

Dərin hörmət və ehtiramla,

Çelik Enes, tələbə.
Türkiyə Respublikası, Ərzurum şəhəri.