19 dekabr 2014, 16:39

Zahid Mehtiyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Gəncə şəhərinin abadlaşdırılması, şəhərdaxili və şəhər ilə qəsəbələri birləşdirən avtomobil yollarının əsaslı təmir olunması, müasir sosial obyektlərin tikilməsi, tarixi-mədəni abidələrin bərpası və digər işlər bizi hədsiz fərəhləndirir. Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, “Xəmsə” abidəsi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi və digər mədəniyyət ocaqları Sizin diqqətiniz sayəsində ərsəyə gəlmişdir. Sərəncamınız əsasında Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksində isə hazırda bərpa işləri davam etdirilir.

Möhtərəm Prezident, Nizami yurdu Gəncəyə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Mehtiyev Zahid Əli oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.