Gerb

24 dekabr 2014, 14:50

Hörmətli cənab Prezident!

Azərbaycan idmanındakı fəaliyyətimi yüksək qiymətləndirərək mənə Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adından sonra Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü verdiyiniz üçün Sizə şəxsən öz adımdan, ailəm və idmançılar adından dərin minnətdarlığımı bildirir, Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Azərbaycan naminə gördüyünüz möhtəşəm işlərdə tükənməz qüvvə arzulayıram. Allah Sizi qorusun!

Dərin hörmətlə,

Həsənov Rafiq Binnət oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.