|
10 may 2010, 11:10
İlham Əliyev paytaxtda təşkil edilmiş gül bayramında iştirak etmişdir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm gül bayramı təşkil edilmişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gül bayramında olmuşlar. Dövlət başçısına məlumat verildi ki, səhər tezdən başlayaraq paytaxt sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xarici ölkələrdən gətirilmiş gül-çiçəklə bəzədilən parka gəlirlər. Gül bayramında dünyanın bir çox ölkələrindən gətirilmiş müxtəlif güllərdən istifadə olunmuşdur. Prezident İlham Əliyev və xanımı ulu öndərin abidəsini ziyarət etdilər, gül-çiçəyə qərq olmuş parkın gözəlliyi ilə tanış oldular. Dövlət başçısı və xanımı ümummilli lider Heydər Əliyevin güllərdən yığılmış portreti önündə xatirə şəkli çəkdirdilər. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.